...

Çempionlar Liqası: "Real Madrid" "Mançester Siti" ilə heç-heçə edib

İdman Materials 10 May 2023 01:11 (UTC +04:00)

Bakı. Trend:

Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk oyununda "Real Madrid" İngiltərənin "Mançester Siti" komandası ilə heç-heçə edib.

Trend-in məlumatına görə, İspaniyanın paytaxtında keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

İlk hissədə "Real Madrid"in oyunçusu Vinisius Junior qarşılaşmada hesabı açıb. Final fitinə 23 dəqiqə qalmış Kevin De Bruyne hesabı bərabərləşdirib.

Cavab qarşılaşması mayın 17-də Mançesterdə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti