...

Benzema "Real Madrid"i tərk edir

İdman Materials 4 İyun 2023 17:15 (UTC +04:00)
Benzema "Real Madrid"i tərk edir

Bakı. Trend:

Fransalı hücumçu Kərim Benzema cari mövsüm başa çatdıqdan sonra "Real Madrid" futbol klubunu tərk edəcək.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, "Real Madrid" və Benzema onun klubdakı fəaliyyətini başa vurması barədə razılığa gəliblər.

2009-cu ildən "Real Madrid"də çıxış edən Benzema 647 oyuna çıxıb və 353 qol vuraraq klub tarixində Kriştiano Ronaldodan sonra ən çox qol vuran ikinci futbolçu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti