...

Benzema "Əl-İttihad" klubuna keçib

İdman Materials 6 İyun 2023 23:01 (UTC +04:00)
Benzema "Əl-İttihad" klubuna keçib

Bakı. Trend:

Fransa millisinin hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib.

Trend xəbər verir ki, bu barədə klubun sosial şəbəkələrdəki hesablarında bildirilib.

Qeyd edək ki, 35 yaşlı K.Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edib və klubla dörd İspaniya liqası, beş Çempionlar Liqası da daxil olmaqla 25 kubok qazanıb. O, 2022-ci ildə də "Qızıl top" mükafatını da qazanıb.

Benzema 2007-2015-ci illərdə və 2021-2022-ci illərdə Fransa millisində oynayıb, 2020/2021 UEFA Millətlər Liqasının qalibi olub və 2022-ci il Dünya Kubokunda ikinci olub.

Benzema 353 qolla "Real Madrid" tarixində ən çox qol vuran 2-ci futbolçudur, o yalnız 450 qol vuran portuqaliyalı Kriştiano Ronaldodan geridə qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti