Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının final matçı çərçivəsində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" klubları üz-üzə gəliblər.
Trend-in məlumaıtna görə, final matçı "Mançester Siti"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolun müəllifi 68-ci dəqiqədə Rodri olub.
Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasının qalibi olub.