...

“Qarabağ” “Olimpiya” ilə oyunun yayımlanmamasına münasibət bildirib

İdman Materials 24 Avqust 2023 23:08 (UTC +04:00)
“Qarabağ” “Olimpiya” ilə oyunun yayımlanmamasına münasibət bildirib

Bakı. Trend:

“Qarabağ” klubu Sloveniyada “Olimpiya”ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.

Trend xəbər verir ki, klub bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.

“Hörmətli azarkeşlər, “Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır”, - deyə yazıda vurğulanıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və “Qarabağ” 2:0 hesabı ilə öndədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti