...

UEFA Avropa Liqası: Bu gün "Qarabağ" "Olimpiya" ilə cavab matçına çıxacaq

İdman Materials 31 Avqust 2023 08:01 (UTC +04:00)
UEFA Avropa Liqası: Bu gün "Qarabağ" "Olimpiya" ilə cavab matçına çıxacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsinin pley-offu çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Sloveniyanın "Olimpiya" klubunu qəbul edəcək.

Trend xəbər verir ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oyunun baş hakimi ispaniyalı Alexandro Ernandes olacaq.

Qeyd edək ki, "Qarabağ" səfərdə keçirdiyi ilk qarşılaşmada rəqibini 2:0 hesabı ilə məğlub etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti