...

Mahir Emreli Modriçin komanda yoldaşı ola bilər

İdman Materials 16 Sentyabr 2023 14:49 (UTC +04:00)
Mahir Emreli Modriçin komanda yoldaşı ola bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya "Real"ının xorvatiyalı ulduz futbolçusu Luka Modriç ölkəsinin "Dinamo" klubuna qayıda bilər.

Trend xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin İdarə Heyətinin sədri Vlatko Peras "İndex" nəşrinə müsahibəsində bildirib.

O, bunun gerçəkləşməsi üçün əllərindən gələni edəcəklərini söyləyib:

"Onun müqaviləsinin son ilidir. Qışda mütləq Modriçə zəng edəcəyəm. Necə ola bilər ki, klub onu geri qaytarmaq istəməsin? Daim əlaqədə olduğumuzu deyə bilmərəm, amma ailə üzvlərini tanıyıram. Karyerasını bitirməmişdən əvvəl "Dinamo"da çıxış etməsi məntiqli olardı. Niyə də yox?"

Qeyd edək ki, Zaqreb klubunun yetirməsi olan Luka Modriç 2003-2008-ci illərdə əsas komandanın formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti