...

Milli yığmanın üzvü Almaniyada 1-cilik əldə etdi (VİDEO)

İdman Materials 9 Oktyabr 2023 22:00 (UTC +04:00)
Milli yığmanın üzvü Almaniyada 1-cilik əldə etdi (VİDEO)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Atçılığın dresaj üzrə milli yığmasının üzvü Aqata Zəhrabəyova 5-8 oktyabr 2023-cü il tarixdə Almaniyanın Troisdorf şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışda iştirak edib.

Trend xəbər verir ki, Almaniya, Hollandiya, Belçika, Danimarka, İsveçrə və İsveçin ümumilikdə 24 təmsilçisinin də yüksəldiyi final mərhələsində rəqiblərini 74,98 faizlik balla qabaqlayan idmançımız kubokun sahibi olub.

Qeyd edək ki, ilin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan Aqata Zəhrabəyova Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində təlimlərini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti