Bakı. Trend:
Səudiyyə Ərəbistanın futbol çempionatında 12-ci turunun matçında "Əl-Nəsr" doğma meydanda "Əl-Xəlic" klubu üzərində qələbə qazanıb.
Trend xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.
Qolları Kriştianu Ronaldu və Aymerik Laport vurub.
38 yaşlı Ronaldu üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub.