...

Premyer Liqada son 5 mövsümün rekordu qeydə alındı

İdman Materials 27 Noyabr 2023 14:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında son 5 mövsümün rekordu qeydə alınıb.

Trend-in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 3-cü dəfə het-trikin reallaşması ilə baş verib.

“Qəbələ”nin futbolçusu Bilel Auaşeriya “Turan Tovuz”la ev oyununda rəqib qapısından 3 top keçirib. O, bununla komandasının 4:0 hesablı qələbəsinin memarı olub. Auaşeriyaya qədər “Qarabağ”dan Yassin Benzia, “Sabah”dan Davit Volkov het-trik müəllifi olublar.

Sonuncu dəfə çempionatda 3 het-trikə 2018/2019 mövsümündə təsadüf olunub. Həmin vaxt Mahir Emreli iki, Dani Kintana bir matçda belə məhsuldarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, het-trik sayında ölkə çempionatlarının mütləq rekordu 1992-ci ildə gerçəkləşib. Həmin vaxt 22 dəfə bir oyunçu üç qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti