...

Avropa Liqası: 1/8 final cütləri müəyyənləşdi

İdman Materials 23 Fevral 2024 16:16 (UTC +04:00)
Avropa Liqası: 1/8 final cütləri müəyyənləşdi

Bakı. Trend:

Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.

Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Qrup mərhələsində 1-ci yeri tutan klublar pley-offun qaliblərinə rəqib olublar.

1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. Pley-off səddini adlayan klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.

Azərbaycan çempionu “Qarabağ”ın qarşılaşacağı komanda da dəqiqləşib. “Bayer”lə rəqib olan təmsilçimiz ilk oyunu öz meydanında keçirəcək.

1/8 final
“Sparta” - “Liverpul”
“Marsel” - “Vilyarreal”
“Roma” - “Brayton”
“Benfika” – “Reyncers”
“Frayburq” – “Vest Hem”
“Sportinq” - “Atalanta”
“Milan” - “Slaviya”
“Qarabağ” - “Bayer”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti