...

“Qarabağ” – “Bayer” oyununda anşlaq: 27 min bilet satılıb

İdman Materials 2 Mart 2024 14:56 (UTC +04:00)
“Qarabağ” – “Bayer” oyununda anşlaq: 27 min bilet satılıb

Bakı. Trend:

Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” oyununa satılan biletlərin sayı bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Martın 7-də keçiriləcək görüşə 5 gün qalsa da, artıq biletlər bitmək üzrədir. 27 min azarkeş istəyinə çatıb. Onlar Bakıda keçiriləcək ilk görüşə bilet əldə ediblər.

Məhdud sayda qalan biletlərin qısa müddətdə başa çatacağı gözlənilir. Bu isə o deməkdir ki, arenada növbəti anşlaq olacaq.

Fanatlar biletləri “Iticket.az”ın satış məntəqələri, “Park Bulvar”dakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında əldə edə bilərlər. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1-də biletlər satılır.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti