...

“Qarabağ” – “Bayer” oyunu fransalı hakimlərə tapşırıldı

İdman Materials 5 Mart 2024 09:45 (UTC +04:00)
“Qarabağ” – “Bayer” oyunu fransalı hakimlərə tapşırıldı

Bakı. Trend:

“Qarabağ”ın “Bayer”lə ilk oyununun hakimləri açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçı fransalı ədalət təmsilçiləri idarə edəcək.

Martın 7-də keçiriləcək görüşün baş hakimi Benua Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. Benua Millot VAR, Erik Uattelye AVAR olacaq. İçko Lozev (Bolqarıstan) isə qarşılaşmaya hakim-inspektoru kimi təyinat alıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşması saat 21:45-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti