Bakı. Trend:
“Qarabağ” UEFA-dan növbəti ödənişi alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
UEFA tərəfindən Ağdam təmsilçisinə 1 milyon 700 min avro ödənilib. Bu vəsait Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəldiyi üçün ayrılıb. Bu maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ”ın hesabına köçürülüb.