...

Futbol tarixinin ən uzun uğurlu seriyaları açıqlanıb

İdman Materials 6 Aprel 2024 12:21 (UTC +04:00)
Futbol tarixinin ən uzun uğurlu seriyaları açıqlanıb

Bakı. Trend:

Futbol tarixinin ən uzun qələbə və məğlubiyyətsizlik seriyaları açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS həm bütün yarışları, həm də ayrı-ayrı miqyasları əhatə edən turnirlər üçün rekordları müəyyənləşdirib.

Qələbə seriyası davam edən “Əl-Hilal” da siyahıda yer alıb. Səudiyyə Ərəbistanı çempionatında “Əl-Halec”i 4:1 hesabı ilə məğlub edən rekordçu 32-ci qələbəsinə sevinib.

Qələbə seriyaları

Bütün yarışlarda – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) – 32

Milli çempionatlarda – “Ferensvaroş” (Macarıstan) və “Nasyonal” (Uruqvay) – 32

Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) – 16

Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 16

Çempionlar Liqasında – “Bavariya” (Almaniya) – 15

Məğlubiyyətsizlik seriyaları

Bütün yarışlarda – “Seltik” (Şotlandiya) – 66

Daxili yarışlarda – “Styaua” (Rumıniya) – 119

Milli çempionatlarda – “ASEK Mimosas” (Fil Dişi Sahili) – 108

Milli çempionatlarda evdə - “Kano Pillars” (Nigeriya) – 202

Beynəlxalq oyunlarda – “Bavariya” (Almaniya) - 22

Beynəlxalq oyunlarda evdə - “Mançester Yunaytes” (İngiltərə) – 57

Qitə kuboklarında – “Oklend Siti” (Yeni Zelandiya) – 29

Çempionlar Liqasında - “Mançester Yunaytes” (İngiltərə) – 25

Çempionlar Liqasında evdə - “Barselona” (İspaniya) - 38

Xəbər lenti

Xəbər lenti