...

Almaniya Bundesliqası: “Bavariya” debütanta uduzub

İdman Materials 7 Aprel 2024 00:57 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Bundesliqasında 28-ci turun 6 oyunu baş tutub.

Trend İdman.biz-ə xəbər verir ki, “Bavariya” səfərdə debütanta uduzub.

“Pivəçilər” “Haydenhaym”la matçda 2:0 hesabı ilə önə keçsələr də, fasilədən sonra vəziyyət 180 dərəcə dəyişib. Meydan sahibləri 3 dəfə fərqlənərək, “Bavariya”ya ardıcıl 2-ci məğlubiyyəti yaşadıb.

Lider “Bayer” səfərdə “Union Berlin”ə qalib gəlib. Oyunu taleyini həll edən yeganə qolu Virts vurub. Bu qələbədən sonra 76 xal toplayan Leverkuzen klubu 2-ci pillədə qərarlaşan “Bavariya”nı 16 xal qabaqlayır.

Xəbər lenti

Xəbər lenti