...

"Turan Tovuz" Ayxan Abbasovla vidalaşıb

İdman Materials 28 May 2024 21:26 (UTC +04:00)

Bakı. Trend:

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla yollar ayrılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Tovuz klubu məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Abbasov "Turan Tovuz"da 2 il fəaliyyət göstərib. 2022/2023 mövsümündə komanda 39, 2023/2024 mövsümündə isə 46 xal toplayaraq, çempionatı 6-cı pillədə başa vurub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti