...

Azərbaycan idmançısı beynəlxalq yarışın qalibi olub

İdman Materials 29 May 2024 03:54 (UTC +04:00)

Bakı. Trend:

Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində atçılığın dresaj növü üzrə “Maksima Masters” Avrasiya kuboku uğrunda yarış keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Aydın Əlibəyov uğurlu çıxış edərək, 5 qızıl medal qazanıb.

Yarışda 3 atla iştirak edən Aydın ilk gündə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və Prix Sant George proqramı üzrə 1 bürünc, ikinci gündə isə cavan atlar arasında (5-7 yaş) 2 qızıl və İntermediate 1 Freestyle proqramında 1 qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Əlibəyov əldə etdiyi möhtəşəm qələbəni tariximizin şanlı səhifələrindən olan 28 May – Müstəqillik Gününə həsr etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti