...

Azərbaycanlı funksioner "Qalatasaray"ın İdarə Heyətində

İdman Materials 5 İyun 2024 20:35 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Qalatasaray" klubunun İdarə Heyətinə yeni seçkilər keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, azərbaycanlı futbol funksioneri Emin İmanov da heyətə üzv seçilib.

O, növbəti dəfə İdarə Heyətində yer alıb. İmanov klub prezidenti seçilən Dursun Özbəkin komandasında çalışacaq.

Qeyd edək ki, İdarə Heyətində Emin İmanov, Nihat Kırmızı, Eray Yazgan, Maruf Güneş, Metin Öztürk, Niyazi Yelkencioğlu, İbrahim Hatipoğlu, Can Natan və Emir Aral yer alıblar.

Xəbər lenti

Xəbər lenti