...

“Qarabağ” təklif göndərib, qərarı gözləyirik - Kadinin agenti

İdman Materials 12 İyun 2024 13:08 (UTC +04:00)

“Qarabağ”, həqiqətən də, Kadi ilə bağlı “Krasnodar”a təklif göndərib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Kadi Borqesin agenti Helsio Alisk deyib.

O, Rusiya mətbuatına açıqlamasında braziliyalı yarımmüdafiəçinin “Krasnodar”dakı taleyi və Azərbaycana qayıtmaq ehtimalından danışıb: “Amma bu barədə başqa heç nə deyə bilmərəm. “Krasnodar”ın verəcəyi qərarı gözləyirik”.

Qeyd edək ki, Kadi cari mövsümün 33 matçında 4 qol vurub. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Xəbər lenti

Xəbər lenti