...

Madrid prokuroru: Ançelotti 5 il həbs olunsun

İdman Materials 14 İyun 2024 03:46 (UTC +04:00)

Bakı. Trend:

Madrid prokuraturası “Real”ın baş məşqçisi Karlo Ançelottinin həbs olunmasını tələb edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis vergidən yayınmaqda günahlandırılır.

2014-2015-ci illərdə 65 yaşlı məşqçinin gəlirindən 1 milyon avro vergi ödəmədiyini bildirib. Ali orqan Ançelottinin 4 il və 9 ay həbs olunmasını istəyib.

Qeyd edək ki, 2013-2015-ci illərdə Madrid klubunda fəaliyyət göstərən Ançelotti 2021-ci ildən yeni baş məşqçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti