...

Pepe 1-ci, Ronaldo 3-cü - ən yaşlı oyunçular

İdman Materials 19 İyun 2024 05:11 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyalı müdafiəçi Pepe Avropa çempionatları tarixinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, meydana çıxan ən yaşlı futbolçu olub.

AVRO-2024-ün ilk turunun Çexiya ilə görüşündə Pepenin 41 yaş 113 günündə start heyətində yer alıb. Təcrübəli futbolçu macarıstanlı qapıçı Qabor Kirayın rekordunu təzələyib. Kiray AVRO-2016-da 40 yaş 86 günündə meydanda olub.

Turnirin tarixində 3-cü ən yaşlı oyunçusu isə Kriştiano Ronaldo olub. O, Çexiyaya qarşı 39 yaş 134 günündə Avropa çempionatında meydana çıxmaq şansı qazanıb.

Xəbər lenti

Xəbər lenti