...

AVRO-2024: Avropa çempionu 90+8-ci dəqiqədə 1/8 finala vəsiqə qazanıb

İdman Materials 25 İyun 2024 01:01 (UTC +04:00)
AVRO-2024: Avropa çempionu 90+8-ci dəqiqədə 1/8 finala vəsiqə qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün B qrupunda mübarizəyə yekun vurulub.

Trned İdman.biz-ə istinadən xəbər verir ki, III turun hər iki görüşü eyni vaxtda keçirilib.

İki qələbə ilə qrupda 1-ci yeri təmin edən İspaniya Albaniyanı da məğlub edib. Ferran Torresin 13-cü dəqiqədə vurduğu qol yeganə olub.

Digər qarşılaşmanın da taleyi son saniyələrdə həll olunub. Son Avropa çempionu İtaliya 90+8-ci dəqiqədə məğlubiyyətdən qaçıb. Qazanılan 1 xal İtaliyanı 1/8 finala yüksəldib. Hesabında 2 xal olan Xorvatiya isə Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, qrup mərhələsinə iyunun 26-da yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti