...

Avropa çempionatlarının ən yaşlı qolçusu - Luka Modriç

İdman Materials 25 İyun 2024 02:28 (UTC +04:00)
Avropa çempionatlarının ən yaşlı qolçusu - Luka Modriç

Bakı. Trend:

Xorvatiyanın kapitanı Luka Modriç Avropa çempionatları tarixində qol vuran ən yaşlı futbolçu olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, İtaliya ilə görüşdə 38 yaş 289 günündə fərqlənib.

54-cü dəqiqədə penaltidən istifadə edə bilməyən Modriç cəmi 1 dəqiqə sonra dəqiq zərbə ilə topu qapıdan keçirib. O, Avstriya yığmasının hücumçusu İvitsa Vastiçin rekordunu 12 gün təzələyib. Vastiç AVRO-2008-də 38 yaş 257 günündə fəqlənib.

Qeyd edək ki, İtaliya - Xorvatiya matçı 1:1 hesabı ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti