...

“Real”ın sabiq kapitanı Səudiyyə Ərəbistanı klubunda

İdman Materials 27 İyun 2024 17:56 (UTC +04:00)

Bakı. Trend:

"Real"ın sabiq kapitanı Naço Fernandes "Əl-Kadisiya" klubuna keçib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı təmsilçisi mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu yeni komandasında 6 nömrəli formada çıxış edəcək. Naço "Əl-Kadisiya"ya azad agent kimi keçib.

Qeyd edək ki, o, 26 kubokla “Real” tarixində ən çox mükafat alan futbolçudur. İspaniyalı müdafiəçi 6 dəfə Çempionlar Liqasının qalibi olmağı bacaran 5 futbolçudan biridir. Naço Madrid klubunda 364 oyun keçirib, 16 qol və 10 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti