...

“Qarabağ”ın Cəbəllütariqə səfər planı açıqlanıb

İdman Materials 22 İyul 2024 00:57 (UTC +04:00)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkoln"la qarşılaşacaq "Qarabağ" bu gün Cəbəllütariqə yollanacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Ağdam klubu səfərə çarter reysi ilə yola düşəcək.

Komanda "Elliott Hotel"də məskunlaşacaq. "Qarabağ" bu gün yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.

Qeyd edək ki, iyulun 23-də keçiriləcək "Linkoln" – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Xəbər lenti

Xəbər lenti