...

Avropa Liqasında III təsnifat mərhələsinin püşkü atılıb

İdman Materials 22 İyul 2024 17:15 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Çempionlar yolunda Çempionlar Liqasının 12 cütünün məğlubu mübarizə aparacaq. Əsas yolda isə Avropa Liqasının II təsnifat mərhələsinin 9 qalibi, mübarizəyə yeni qoşulacaq 3 komanda, həmçinin Çempionlar Liqasının Liqa yolunun iki uğursuzu iştirak edəcək.

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

"Malmö" – "Klaksvik" cütünün məğlubu - PAOK – "Borats" cütünün məğlubu
"Santa Koloma" – "Midtulland" cütünün məğlubu - "Bodo Qlimt" – RFŞ cütünün məğlubu
"Selye" – "Slovan" cütünün məğlubu - "Şemrok Rovers" – "Sparta" cütünün məğlubu
"Panevejis" – "Yagellonya" cütünün məğlubu - "Styaua" – "Makkabi" T-Ə cütünün məğlubu
APOEL – "Petrokub" cütünün məğlubu - "Ferentsvaroş" – TNS cütünün məğlubu
"Lüdoqorets" – "Dinamo" Mn cütünün məğlubu - "Linkoln" – "Qarabağ" cütünün məğlubu

Əsas yol
"Dinamo" K - "Partizan" cütünün məğlubu - "Luqano" - "Fənərbaxça" cütünün məğlubu
"Molde" - "Silkeborq" cütünün qalibi - "Kilmarnok" - "Serkl Brügge" cütünün qalibi
"Panatinaikos" - "Maribor" cütünün qalibi - "Ayaks" - "Voyvodina" cütünün qalibi
"Rujomberok" - "Trabzonspor" cütünün qalibi - "Visla" K - "Rapid" V cütünün qalibi
"Braqa" - "Makkabi" PT cütünün qalibi - “Servett”
“Hunedoara” - "Riyeka" cütünün qalibi - "Şerif" - "Elfsborq" cütünün qalibi
“Krivbass” - “Viktoriya” Pl

Qeyd edək ki, bu raundun görüşləri avqustun 8-də və 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti