...

28 ölkənin bayraqdarı cüdoçu olacaq - Paris-2024

İdman Materials 26 İyul 2024 15:16 (UTC +04:00)

Bakı. Trend:

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimində 28 ölkənin bayraqdarı cüdoçu olacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu gün Sena çayında baş tutacaq tədbirdə Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandıracaq.

Yığmaların sifarişlərinə əsasən, 28 ölkə bu vəzifəni cüdoçuya həvalə edib.

Onların arasında Çexiya (Lukaş Krpalek), Xorvatiya (Barbara Matiç), Tacikistan (Temur Raximov), İsrail (Peter Palçik), Qırğızıstan (Erlan Şerov) və Almaniya (Anna-Mari Vaqner) kimi ölkələr də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti