...

Azərbaycan irəliləyib, ABŞ zirvədə qalıb - REYTİNQ

İdman Materials 15 Avqust 2024 16:57 (UTC +04:00)

Bakı. Trend:

FİBA kişi basketbolçulardan ibarət milli komandaların reytinq cədvəlini açıqlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının nəticələrinin də yer aldığı siyahıda Azərbaycan yığması 104-cüdür.

Komandamız ötən cədvəllə müqayisədə bir pillə irəliləyib. 81,5 xala malik millimiz Malayziya, Barbados və Qayananı keçib, Salvadorla Ekvadoru özündən önə buraxıb.

Azərbaycan yığması Avropada 44-cüdür. Cədvəldə 160, köhnə qitə təmsilçilərinin sıralamasında 47 yığma yer alıb.

Qeyd edək ki, reytinqin lideri dəyişməyib. Siyahıya 838,8 xala malik Olimpiya çempionu ABŞ başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti