Bakı. Trend:
Bu gün Paris-2024-də paraatletletimiz Lamiyə Vəliyeva növbəti finalında çıxış edib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, Vəliyeva T13 kateqoriyasında 400 m məsafədə növbəti medalını qazanıb.
Braziliyalı Rayane Silva 1-ci olub. Lamiyə Vəliyeva 55.09 saniyəlik göstərici ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Lamiyə Vəliyeva bundan əvvəl T13 kateqoriyasında 100 m məsafəyə qaçışda da çempion olub.