Bakı. Trend:
Türkiyə millisinin sol vingeri Kerem Aktürkoğlu "Benfika"da debüt oyununda qol vurub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Portuqaliya çempionatının 5-ci turu çərçivəsində "Santa Klara"ya 4:1 hesabı ilə qalib gəldikləri oyunun 27-ci dəqiqəsində hesabı bərabərləşdirib.
Qeyd edək ki, Kerem həm klub, həm də milli səviyyəsində son 4 oyunda 5 qol vurub.