...

FİFA-dan yeni transfer pəncərəsi

İdman Materials 4 Oktyabr 2024 05:44 (UTC +04:00)

Bakı. Trend:

FİFA gələn il keçiriləcək klublararası dünya çempionatı ərəfəsində yeni transfer pəncərəsi planlayır.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, qurum iyunun 1-10-da klublara transfer həyata keçirmək imkanı verəcək.

Təşkilatın məqsədi klubların çempionata yaxşı hazırlaşması və müqaviləsi bitəcək futbolçularla müqavilələrin yenilənməsimə şərait yaratmaq niyyətindədir.

Qeyd edək ki, klublararası mundial iyunun 15-dən iyulun 13-nə kimi davam edəcək. Yarışda 32 komanda mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti