Bakı. Trend:
İndiyə qədər karyeramda ən yaxşı qələbəni Bakıda qazanmışam.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu “McLaren” komandasının pilotu Oskar Piastri Azərbaycan Qran-Prisindəki uğurlarından danışarkən deyib.
“Auto Motor und Sport” nəşrinə müsahibə verən avstraliyalı pilot yarışın eniş-yoxuşlarından danışıb: “Çarlz Lekler ilk oyunda geri çəkiləndə qalib gələcəyimi düşünmürdüm. İkinci yeri mümkün olan ən yaxşı nəticə hesab etdim. Pit-stopdan sonra önə keçmək üçün kiçik şanslar oldu. Bir neçə dövrə ərzində istiqaməti daha çox tutdum və başa düşdüm ki, indi ötməsəm, heç nə olmayacaq”.
Oskar əlavə edib ki, ötmə qələbənin 40%-ni, 35 dövrə isə qalan 60%-i təmin edib: “Çarlzı Mediumda ötmək üçün ilk cəhd uğursuz oldu. Təkərlərimi çox qızdırdım. Yarış mühəndisi bir daha bunu etməməyimi söylədi. Mübarizə gərgin keçdi. Nə vaxtsa trasdan çıxacağımı düşündüm, amma sonda hər şey yoluna düşdü”.