Bakı. Trend:
Azərbaycan Premyer Liqasının IX turunda mövsümün azarkeş rekordu qeydə alınıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, "Sumqayıt" - "Qarabağ" qarşılaşmasını 7000 tamaşaçı izləyib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyun qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, mövsümün bundan əvvəlki azarkeş rekordu Tovuz şəhər stadionunda qeydə alınıb. V turun "Turan Tovuz" - "Səbail" oyununu 5500 azarkeş tribunalardan izləyib.