...

“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb

İdman Materials 10 Oktyabr 2024 04:09 (UTC +04:00)
“Neftçi” kolumbiyalı futbolçu ilə yollarını ayırıb

Bakı. Trend:

“Neftçi” kolumbiyalı futbolçu Brayan Moreno ilə yollarını ayırıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub.

Qeyd edək ki, zədəli olduğu üçün Morenonun adı 2024/2025 mövsümünün iştirak ərizəsinə salınmayıb.

Xəbər lenti

Xəbər lenti