...

Millətlər Liqası: Avropa çempionlarına 1 qol kifayət edib

İdman Materials 13 Oktyabr 2024 01:25 (UTC +04:00)

Bakı. Trend:

Millətlər Liqasında III turun son oyunları keçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, I dövrənin son günündə dörd qrupda 8 matç baş tutub.

Günün mərkəzi qarşılaşması A liqasında təşkil olunub. IV qrupun liderləri Danimarka ilə İspaniya pireneylilərin meydanında üz-üzə gəliblər. Qarşılaşmanın taleyini 1 qol həll edib. Avropa çempionlarının heyətində Zubimendi 79-cu dəqiqədə qələbə topunun müəllifi olub.

Portuqaliya səfərdə Polşaya qalib gəlib.

Qeyd edək ki, IV tura oktyabrın 13-də start veriləcək.

Xəbər lenti

Xəbər lenti