...

Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşısı seçildi

İdman Materials 10 Dekabr 2024 20:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin "Liverpul" komandasının futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabr ayının ən yaxşı futbolçusu seçilib.

Trend xəbər verir ki, misirli hücumçu Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında keçirdiyi sorğuya əsasən birinci olub.

M.Salah siyahıda Moises Kaysedo (“Çelsi”), Mateus Kunya, Joao Qomeş (hər ikisi “Vulverhempton”), Ceyms Maddison (“Tottenhem”) və Joao Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah noyabr ayında Premyer Liqada keçirdiyi 3 oyunda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti