Bakı. Trend:
İtaliya A Seriyasının 24-cü turunda "Yuventus" səfərdə "Komo"nu məğlub edib.
Trend xəbər verir ki, qarşılaşma 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Bu qələbə sayəsində "Yuventus" 24 oyundan 43 xal toplayaraq turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. "Komo" isə 22 xalla 15-ci yerdədir.
Turnir cədvəlinə 23 oyundan 54 xal toplayan "Napoli" başçılıq edir.