...

"Real" və "Atletiko Madrid" heç-heçə ediblər - İspaniya La Liqası

İdman Materials 9 Fevral 2025 02:50 (UTC +04:00)
"Real" və "Atletiko Madrid" heç-heçə ediblər - İspaniya La Liqası

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 23-cü turunda "Real Madrid" doğma meydanda "Atletiko Madrid" ilə 1:1 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, görüş Madriddə "Santyaqo Bernabeu" stadionunda keçirilib.

"Real Madrid"in heyətində Kilian Mbappe fərqlənib (50-ci dəqiqə). "Atletiko"dan qolu Xulian Alvares (35, penalti) vurub.

İspaniya çempionatının turnir cədvəlinə 50 xalla Real Madrid başçılıq edir. “Atletiko” 49 xalla ikincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti