Bakı. Trend:
"Benfika" komandasının təcrübəli yarımmüdafiəçisi Anxel Di Mariya yay transfer dönəmində Portuqaliya klubunu tərk edəcək.
Trend-in məlumatına görə, 37 yaşlı argentinalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərlə vidalaşıb. O, Lissabon təmsilçisinin heyətində klublararası dünya çempionatında iştirak etməyəcək.
Qeyd edək ki, Di Mariyanın "Benfika" ilə müqaviləsi iyunun 30-da başa çatır. Futbolçu cari mövsümdə 39 oyunda iştirak edərək 15 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.