...

Qadınlardan ibarət basketbol millimiz Misir üzərində qələbə qazandı

İdman Materials 24 May 2025 19:30 (UTC +04:00)
Qadınlardan ibarət basketbol millimiz Misir üzərində qələbə qazandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün basketbolun 3x3 növü üzrə Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələ oyunları start götürüb.

Trend-in məlumatına görə, meydana əvvəlcə qadınlardan ibarət Azərbaycan millisi çıxıb.

B qrupunda mübarizə yığma Misirlə qarşılaşıb. Görüş yığmanın 14:12 hesablı qələbəsi ilə yekunlaşıb.

Raşa Deliçin rəhbərlik etdiyi Azərbaycan seçməsi növbəti oyununu Latviyaya qarşı keçirəcək.

Qeyd edək ki, bu gün turnirdə çıxış edən kişilərdən ibarət komandamız da meydana çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti