...

Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq

İdman Materials 5 Avqust 2025 23:10 (UTC +04:00)
Zidan DÇ-2026-dan sonra Fransa millisini çalışdıracaq

Bakı. Trend:

1998-ci il dünya çempionatı və 2000-ci il Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra futbol üzrə Fransa milli komandasının baş məşqçisi olacaq.

Trend-in məlumatına görə, bu barədə "RMC" telekanalının jurnalisti Jilber Brisbua xəbər verib.

"Deşam 2026-cı ildə gedəcək. Bir ildən sonra bizdə Zidan olacaq. Hər şey həll olundu, bu, çox sevindiricidir!" - deyə Brisbua bildirib.

Qeyd edək ki, yanvarda "Reuters" agentliyi Fransa Futbol Federasiyasına istinadən xəbər verib ki, Didye Deşam Kanada, ABŞ və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatından sonra milli komandanın baş məşqçisi postunu tərk edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti