...

Qadın futbolçumuz Bundesliqa klubuna keçdi

İdman Materials 24 Yanvar 2026 15:09 (UTC +04:00)
Qadın futbolçumuz Bundesliqa klubuna keçdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva klubunu dəyişib.

Trend xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

23 yaşlı müdafiəçi Almaniyanın “Hamburq” klubuna transfer olunub.

Rusiyanın “Zenit” komandasında uğurlu çıxışları ilə diqqət çəkən N.Mirzəliyeva Bundesliqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, N.Mirzəliyeva 2020-ci ildən Azərbaycan millisinin üzvüdür. O, karyerası ərzində "Balxurma", "Marxal Şəki", "Rubin" və "Zenit"in formasını geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti