...

Dövlət Xidməti xəbərdarlıq edir

İqtisadiyyat Materials 29 Avqust 2016 18:51 (UTC +04:00)

Bakı. Trend:

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti xəbərdarlıq edir.

Xəbərdarlıqda deyilir: "Qiymətli metallar və qiymətli daşlar haqqında qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.

Qeyd edilənlərlə əlaqədar, Azərbaycanda istehsal edilmiş və xaricdən satış məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini, ekspertizasını, əyarlanması və damğalanmasını təmin etmək məqsədilə həmin məmulatların Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur.

Prezidentin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanı ilə “Lisenziya və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu təsdiq edilib. Həmin Qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısının 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib.

Əks halda “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 20.3-cü bəndinə əsasən dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə, İnzibati Xətallar və Cinayət Məcəlləri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti