Bakı. Trend:
“Günəşli” yatağındakı 10 saylı özüldə aparılan əsaslı təmirdən sonra daha bir quyu istismara verilib.
Bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakətdən sonra aparılan təmir-bərpa işlərindən sonra bu günlərddə özüldəki daha bir quyu - 340 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Fasilə lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 2967-2935 metr intervaldan gündəlik 52 ton neft və 8000 kubmetr qaz hasilatı ilə istismara daxil edilib.
Quyuda istismar işləri “Azneft” İB “28 May” NQÇİ tərfindən həyata keçirilir.