...

Macarıstanın “Gedeon Richter” şirkəti 115 illiyini qeyd edir

İqtisadiyyat Materials 19 Oktyabr 2016 15:02 (UTC +04:00)
Şərqi Avropanın böyük dərman istehsalçılarından biri olan Macarıstanın “Gedeon Richter” şirkəti bu il öz 115 illiyini qeyd edir.
Macarıstanın “Gedeon Richter” şirkəti 115 illiyini qeyd edir

Bakı. Trend:

Şərqi Avropanın böyük dərman istehsalçılarından biri olan Macarıstanın “Gedeon Richter” şirkəti bu il öz 115 illiyini qeyd edir. Şirkətin portfoliosu bütün mühüm terapevtik istiqamətlər üzrə təqdim olunmuşdur, onun preparatlarına həm həkimlər, həm də xəstələr etibar edir. Şirkət və onun Azərbaycandakı nümayəndəliyi “Gedeon Richter - 115 il sağlamlığın keşiyində” adlı böyük elmi-praktiki konfransın keçirilməsi öz yubileyinə təsadüf edir. «Boulevard Baku» otelində 4 oktyabr 2016-cı ildə keçirilmiş konfrans Respublikanın tibb cəmiyyəti arasında böyük rezonans yaratmışdır.

Konfransın gedişində kardiologiya, nevrologiya, revmatologiya, ginekologiya və həmçinin farmakoterapiyanın müasir aspektləri sahəsində aktual sualların geniş spektrinə baxılmışdır. “Gedeon Richter” şirkətinin preparatlarının qəbulunun yerli təcrübəsi nümayiş olunmuşdur. Tədbir iki seksiyadan ibarət olan satellik konfransı formatında keçirilmişdir. Bunlardan biri kardioloqları, nevroloqları, terapevtləri, endokrinoloqları və revmotoloqları, digər isə ginekoloqları və dermatoloqları birləşdirmişdir.

“Ürək-damar və revmotoloji xəstəliklərin müalicəsinə müasir yanaşmalar” seksiyasında ilk növbədə hipertenziya və dislipidemiyanın kombinasiyalı müalicəsi mövzusu işıqlandırılmışdır, və Azərbaycan bazarında hipertenziyanın və lipid mübadiləsinin pozulmasının müalicəsində birinci növbəli preparatların fiksə olunmuş kombinasiyası kimi Duplekor yeganə preparat kimi təqdim edilmişdir. Həmçinin, beyin qan dövranın pozulması riskinin əsas faktoru kimi arterial hipertenziya mövzusu və biri Ekvator preparatı olmaqla antihipertenziya preparatlarının düzgün seçiminin mühümlüyü mövzusu müzakirə olunmuşdur. Qeyd olunmuşdur ki, hipertenziyanın maksimum erkən müalicəsi xəstələrin həyat keyfiyyətini yaxşılaşdırır, həmçinin, insult və demensiya kimi kəskin ağırlaşmaların profilaktikası hesab edilir. Bunda həkimlərə terapiyanın effektivliyini artırmağa, reabilitasiya prosesini sürətləndirməyə imkan verən Kavinton preparatı kömək edir. Hər bir kəsə məlum olan xəstəlik mövzularından biri bel və oynaqlarda olan ağrılardır. Konfransda, Aertal preparatının istifadəsi ilə revmatoloji xəstəliklər zamanı ağrının müalicəsi məsələsinə toxunulmuş, kliniki tədqiqatların nəticələri təqdim olunmuşdur.

“Ginekoloji xəstəliklərin müalicəsində yeni imkanlar” adlı ginekoloji seksiyada səslənən məruzələr böyük marağa səbəb olmuşdur. Uşaqlıq miomasının medikamentoz orqanqoruyucu müalicəsi strategiyasının mühüm elementi kimi Esmiya innovativ preparatı təqdim olunmuşdur. Özəlliklə də, Preparatın unikal imkanları, ayrılıqda, Azərbaycanda ilk dəfə olaraq Esmiya preparatı ilə kurs müalicəsi alan xəstədə hamiləliyin cərrahi yolla uğurla başa çatması kimi preparatın unikal imkanları faktı nümayiş etdirilmişdir. Esmiya ilə kurs müalicəsi fonunda hazırda dünyada 18 hamiləlik halı qeydə alınmışdır. Digər aktual məsələlər arasında törəmələrin müalicəsi üçün tövsiyə edilən kombinə olunmuş oral kontraseptivlər, özəllikdə “Gedeon Richter” şirkətinin preparatı – Belara, yumurtaliqlar polikistoz sindromu müzakirə olunmuşdur. Həmçinin, papillomavirus infeksiyası problemi və onun Groprinosin preparatının müalicə sxeminə daxil edilməsi hesabına uğurlu müalicəsi mövzusuna toxunulmuşdur.

Konfransın işində Bakıdan, Gəncədən, Şirvandan olan 350-dən çox mütəxəssis iştirak etmiş, məruzəçilər qismində isə müxtəlif tibb sahəsindən olan aparıcı mütəxəssislər çıxış etmişdir. Həkimlər onları maraqlandıran sualları vermək, aktual mövzuları müzakirə etmək və həmkarları ilə təcrübə mübadiləsi aparmaq imkanı əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti