...

Meşə və qeyri-meşə sahələrinin icarə müddəti artırılacaq

İqtisadiyyat Materials 25 Yanvar 2017 12:49 (UTC +04:00)
Azərbaycanda meşə və qeyri-meşə sahələrinin bərpa məqsədi ilə icarəyə verilməsi müddətinin uzadılması təklif olunur
Meşə və qeyri-meşə sahələrinin icarə müddəti artırılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda meşə və qeyri-meşə sahələrinin bərpa məqsədi ilə icarəyə verilməsi müddətinin uzadılması təklif olunur.

Trend-in məlumatına görə bu, Milli Məclisin aqrar siyasət komitəsinin iclasında müzakirə olunan Meşə Məcəlləsinə dəyişikliklər layihəsində nəzərdə tutulub.

Dəyişikliklərə əsasən, bu əraziləri 1 ildən 49 ilədək icarəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, meşə və qeyri-meşə sahələri 1 ildən 10 ilədək sahibkarlara icarəyə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti