...

Maliyyə və mühasibat uçotu üzrə ödənişli təlimlər keçirilir

İqtisadiyyat Materials 3 Fevral 2017 11:32 (UTC +04:00)

Bakı. Trend:

Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi maliyyə və mühasibat uçotu üzrə ödənişli təlimlərə start verir.

Bu barədə Trend-ə Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Əlavə təhsil fəaliyyəti üzrə Təhsil Nazirliyi tərəfindən verilmiş lisenziyaya malik, maliyyə və mühasibat uçotu üzrə ən müasir bilik standartlarını tətbiq edən Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi aşağıda qeyd olunan istiqamətlər üzrə ödənişli təlimlərə start verir:

1. “Kommersiya təşkilatlarında Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları əsasında praktik mühasibatlıq” (sıfırdan mühasibatlığın öyrədilməsi, maliyyə, vergi, dsmf, statistik hesabatların hazırlanması və təqdim edilməsi qaydaları).
2. “Büdcə təşkilatlarında mühasibat uçotunun praktik təşkili” (sıfırdan mühasibatlığın öyrədilməsi, mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydaları).
3. Mühasiblərin Peşəkar Sertifikasiya Proqramı (MPS) üzrə:
a) Maliyyə uçotu;
b) Vergi uçotu;
c) İdarəetmə uçotu;
d) Maliyyə hesabatlarının hazırlanması.
4. Digər təlim və xidmətlər

Ətraflı məlumat üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz:

+(994 12) 4048150
+(994 12) 4048159
www.tedris-maliyye.gov.az
[email protected]
[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti