...

Hesablama Palatası: 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib

İqtisadiyyat Materials 14 Aprel 2017 12:36 (UTC +04:00)
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını bu gün Milli Məclisin plenar iclasında təqdim edib.
Hesablama Palatası: 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib

Bakı. Elçin Mehdiyev – Trend:

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötən ilki hesabatını bu gün Milli Məclisin plenar iclasında təqdim edib.

Trend-in məlumatına görə, V.Gülməmmədov bildirib ki, hesabatda məlumatlar nöqsanların təsnifatına görə təqdim edilib. Belə yanaşma informasiyanın qəbul edilməsini asanlaşdırmaqla yanaşı, bu barədə məlumatların uyğunluğunu təmin edir.

Nəzarət tədbirlərin sayı haqqında məlumat verən V.Gülmməmədov söyləyib ki, Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib:

“Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərinin 2-si növbəti ilə saxlanılıb. 2015-ci ilin iş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla, 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcək”.

Qurum sədri qeyd edib ki, 2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olub:

“Hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8, büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilib. Dövlət büdcəsinin gəlirlərini əhatə edən və hesabat ilində yekunlaşan 2 tədbir vergi inzibatçılığının təşkil edilməsi, həmçinin vergi qanunvericiliyinə riayət olunması vəziyyəti ilə bağlı olub. 7-si analitik təhlil olmaqla 69 nəzarət tədbiri dövlət büdcəsinin xərclərini əhatə edib. Bununla yanaşı, hesabat ilində iki audit dövlət zəmanəti ilə alınmış kreditlər üzrə, bir analitik təhlil isə büdcə kəsiri ilə bağlı olub”.

V.Gülməmmədov əlavə edib ki, 2016-cı ildə audit ilə əhatə olunmuş qurumların sayı 155 olub:

“Hesabat ilində aparılmış audit ilə ümumilikdə 5606,5 mln. manat vəsait əhatə olunub ki, bunun 3019,6 mln. manatı və ya 53,9%-i dövlət büdcəsinin xərcləri, 277,3 mln. manatı və ya 4,9%-i büdcədənkənar fondların vəsaitləri, 2309,6 mln. manatı və ya 41,2%-i isə fəaliyyətdən əldə edilmiş vəsaitlər üzrə olub. Eyni zamanda, hesabat dövründə beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə keçirilmiş nəzarət tədbirləri 87,9 mln. ABŞ dolları məbləğində vəsaiti əhatə edib. Hesabat ilində nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 34,2% çox olub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti