...

Benzinin qiymətinin artması dəmir yolu tariflərinə təsir edəcəkmi?

İqtisadiyyat Materials 15 İyul 2017 11:29 (UTC +04:00)
"Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.
Benzinin qiymətinin artması dəmir yolu tariflərinə təsir edəcəkmi?

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanda Aİ-92 markalı benzinin qiymətinin artırılması dəmir yolu tariflərinə təsir göstərməyəcək.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyib.

O qeyd edib ki, Aİ-92 markalı benzinin qiymətində dəyişiklik dəmir yolu ilə yük və sərnişin daşıma tariflərinə heç cür təsir etməyəcək:

"Belə ki, dəmir yollarında hərəkət üçün digər yanacaq növlərindən və elektrik enerjisindən istifadə olunur. Tariflərin artırılması gündəlikdə yoxdur".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında "Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti